İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb

Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir
Əli Həsənov: Azərbaycana qarşı aparılan və əsassızlığı məhkəmə qərarı ilə sübuta yetirilən qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik
TÜRKPA baş katibi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə 50 fərdi yaşayış evi, məktəb binası və digər müvafiq infrastruktur inşa edilib, 2017-ci il iyunun 14-də istifadəyə verilib, məcburi köçkünlərin buraya köçürülməsi qısa müddətdə başa çatdırılıb. Kənddə bərpa işlərinin ikinci mərhələsində, dövlətimizin başçısının 2017-ci il 15 iyun tarixli Sərəncamına uyğun olaraq, əlavə 100 yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi və digər zəruri obyektləri inşa edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə Cocuq Mərcanlı kəndinə indiyədək 50-dən çox ailənin köçürülməsi təmin edilib. Bunlar əsasən, Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələridir. Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi məsələsi ilə mövcud qanunvericiliyə uyğun olaraq yaradılmış vahid komissiya məşğul olur. Köçürülmə prosesi hazırda davam edir.