Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər

AŞ PA Azərbaycanın xeyrinə qərar qəbul edib
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Xocalı Yaddaşı” kitabı işıq üzü görüb

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Cenevrədə zirvə görüşü keçiriblər. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də qatılıb.

Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.