Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımır

Eldar Səmədov: Azərbaycan Prezidentinin tapşırığı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üzrə işlər davam etdirilir
Mikayıl Cabbarov: Zəngəzur dəhlizi tranzit marşrutlar üçün mühüm qovşaq rolunu oynayacaq
Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatının şərh edilməsinə dair KİV-in sualını cavablandırıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri” ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti