Azərbaycanda bələdiyyə seçkisini baş tutmuş hesab etmək olar

Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Yeni tədris ilində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır
Nazirlik autizmli xəstələrlə bağlı yeni layihə hazırlayır, 18 yaşdan sonra diaqnoz dəyişdirilməyəcək

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkisini baş tutmuş hesab etmək olar, Trend News-un məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Mərkəzi seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Pənahov bildirib ki, səsvermənin ilkin nəticəsinə görə, bələdiyyə seçkisində seçicilərin 31,86 faizi iştirak edib.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.
“Mütləq məntəqələrdə səsvermə Seçki Məcəlləsinə müvafiq həyata keçirilib. Mərkəzi Seçki Komissiyasına nəticəyə ciddi təsir edə biləcək şikayət daxil olmayıb” Pənahov deyib.
MSK sədrinin sözlərinə görə, 100-dən artıq məntəqələrdə xarici müşahidəçilər səsverməni izləyib.
Seçkilərdə 1 milyon 462 min 74 seçici səs vermişdir. Bu, ümumi seçicilərin 31,86 faizini təşkil edir.
Respublikanın regionları üzrə səsvermənin ilkin nəticələrinə dair məlumatlar aşağıdakı kimi olmuşdur:
45 saylı Abşeron seçki dairəsində seçicilərin 43,04 faizi səsvermədə iştirak etmişdir.
46 saylı Şirvan seçki dairəsində seçicilərin 35,68 faizi, 47 saylı Mingəçevir seçki dairəsində 26,11 faizi, 48 saylı Yevlax seçki dairəsində 26,11 faizi, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsində 30,25 faizi, 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsində 30,97 faizi, 51 saylı Qusar seçki dairəsində 39,63 faizi, 52 saylı Quba seçki dairəsində 41,31 faizi, 53 saylı Quba-Qusar seçki dairəsində 51,65 faizi, 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsində 31,52 faizi, 55 saylı Xaçmaz şəhər seçki dairəsində 29,44 faizi, 56 saylı Xaçmaz kənd seçki dairəsində 29,67 faizi, 57 saylı Kürdəmir seçki dairəsində 28,57 faizi, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində 27,81 faizi, 59 saylı Salyan seçki dairəsində 27,21 faizi, 60 saylı Salyan-Neftçala seçki dairəsində 33,58 faizi, 61 saylı Neftçala seçki dairəsində 27,67 faizi, 62 saylı Saatlı seçki dairəsində 28,67 faizi, 63 saylı Sabirabad birinci seçki dairəsində 26,38 faizi, 64 saylı Sabirabad ikinci seçki dairəsində 36,57 faizi, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində 28,4 faizi, 66 saylı Biləsuvar seçki dairəsində 31,2 faizi səsvermədə iştirak etmişdir.
Respublikanın cənub bölgəsinin 67 saylı Cəlilabad seçki dairəsi üzrə seçicilərin 32,41 faizi, 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 32,27 faizi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 38,23 faizi, 79 saylı Masallı şəhər seçki dairəsi üzrə 39,65 faizi, 71 saylı Masallı kənd seçki dairəsi üzrə 38,91 faizi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 32,37 faizi, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 32,73 faizi, 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə 37,55 faizi, 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 43,27 faizi, 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 34,48 faizi, 77 saylı Astara seçki dairəsi üzrə 32,81 faizi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi üzrə 27,59 faizi səsvermədə iştirak etmişdir.
Mil-Muğan bölgəsinin 79 saylı İmişli seçki dairəsində seçicilərin 35,87 faizi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində 40,08 faizi, 81 saylı Beyləqan seçki dairəsində 28,78 faizi bələdiyyə seçkilərində səs vermişdir.
82 saylı Ağcabədi seçki dairəsi üzrə seçicilərin 32,86 faizi, 83 saylı Ağcabədi-Ağdam seçki dairəsi üzrə 37,17 faizi, 84 saylı Füzuli seçki dairəsi üzrə 28,9 faizi səsvermədə iştirak etmişdir.
Şirvan bölgəsinin 85 saylı Şamaxı seçki dairəsində seçicilərin 33,57 faizi, 86 saylı İsmayıllı seçki dairəsində 28,44 faizi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində 29,61 faizi, 88 saylı Göyçay seçki dairəsində 27,72 faizi, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində 27,29 faizi, 90 saylı Ağdaş seçki dairəsində 27,03 faizi, 91 saylı Ucar seçki dairəsində 27,8 faizi, 92 saylı Zərdab-Ucar seçki dairəsində 27,08 faizi məntəqələrə gələrək azad seçimlərini etmişlər.
93 saylı Bərdə şəhər seçki dairəsi üzrə seçicilərin 36,14 faizi, 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 31,03 faizi, 95 saylı Tərtər seçki dairəsi üzrə 27,16 faizi, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə 29,08 faizi, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə 31,88 faizi, 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə 25,16 faizi, 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə 28,03 faizi, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi üzrə 28,68 faizi, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 35,56 faizi, 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə 29,48 faizi, 103 saylı Gədəbəy seçki dairəsi üzrə 28,13 faizi, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə 28,56 faizi, 105 saylı Tovuz seçki dairəsi üzrə 29,09 faizi, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə 28,75 faizi, 107 saylı Qazax seçki dairəsi üzrə 29,9 faizi, 108 saylı Ağstafa seçki dairəsi üzrə 29,86 faizi səsvermədə iştirak etmişdir.
109 saylı Balakən seçki dairəsi üzrə seçicilərin 29,91 faizi, 110 saylı Zaqatala seçki dairəsi üzrə 37,01 faizi, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 31,69 faizi, 112 saylı Qax seçki dairəsi üzrə 29,43 faizi, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə 27,72 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 29,9 faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə 28,94 faizi, 116 saylı Qəbələ seçki dairəsi üzrə 30,69 faizi, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 30,89 faizi, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 25,01 faizi bələdiyyə seçkilərində səs vermişdir.
Ölkə üzrə bələdiyyə seçkiləri yüksək səviyyədə keçirilmişdir. /Trend/