Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq

İyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib. Şahmar Mövsümov, həmçinin deyib ki, həmin tarixdən çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq. AZƏRTAC

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib

İyunun 10-dan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib.

Şahmar Mövsümov, həmçinin deyib ki, həmin tarixdən çimərliklərin, idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.

AZƏRTAC