Azərbaycanda ÜDM 1,3 faiz artıb

Firudin Qurbanov: Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamları öyrənmək lazımdır
Natiq Məmmədli: Uşaq və gənclərdə rəqəmsal düşüncə 18 yaşa qədər formalaşdırılmalıdır
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb

Cari ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olub.

AZƏRTAC