“Azərbaycandakı miqrantların mövcud durumu və problemlər” mövzusunda dəyirmi masa keçirilmişdir

AVCİYA növbəti seminarı Şirvanda keçirdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qaraçuxurda yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub
Prezident Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib

Bu gün “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” və “İnsan Hüquqları üzrə İctimai Şura” İctimai Birliklərinin birgə təşkil etdiyi Dəyirmi Masa «Azərbaycandakı miqrantların mövcud durumu və problemlər» mövzusuna həsr olunmuşdur. Tədbiri giriş sözü ilə açan qurumun sədri professor Nadir Abdullayev bildirmişdir ki, BMT-nin son araşdırmalarına əsasən, son 35 il ərzində öz vətənlərindən kənarda yaşayan insanların sayı iki dəfədən çox artaraq, 200 milyona çatmışdır. Onun sözlərinə görə, bu gün dünyada hər 35 nəfərdən biri miqrantdır. Tədbirdə çıxış edən təçkilatın eksperti Dəyanət Musayev çıxışında bildirmişdir ki, miqrantlar əsasən 3 qrupa böluünür: əmək fəaliyyəti ilə məşğul olmağa gələnlər (əməkçi miqrantlar), qaçqın statusu almaq üçün gələnlər və Azərbaycan ərazisindən tranzit ölkə kimi istifadə etmək istəyənlər. Ölkəmizə gələnlərin əksəriyyəti də məhz əməkçi miqrantlardır. Son illər ərzində ölkədə baş verən iqtisadi dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması sahəsində aparılan islahatlar, Qarabağ probleminin sülh yolu ilə həll olunma ehtimalının artması, Avropaya inteqrasiya proseslərinin güclənməsi və s. hallar ayrı-ayrı ölkələrdən Azərbaycana gələnlərin sayının sürətlə artmasına səbəb olmuşdur.
D.Musayev bildirmişdir ki, qlobal maliyyə böhranı nəticəsində dünyada miqrantların (xüsusilə də əməkçi miqrantların) sayı artır. BMT-nin son hesablamalara əsasən, qlobal maliyyə böhranı 50 milyon iş yerinin itirilməsinə səbəb olub. 2009-cu ildə 100 milyona yaxın insan ifrat yoxsulluq şəraitində yaşayır. Ekspert Azərbaycanda miqrantların sayının artmasına səbəb kimi 2009-cu il 29 iyun tarixdə “Çerkizov” bazarı bağlananmasını da qeyd edib. Rusiya mətbuatı təkcə bu bazarda 20 min qanunsuz yaşayan və çalışan miqrantın olduğunu bildirib. Digər səbəb kimi Musayev, Moskvada əcnəbilərin parəkəndə ticarətlə məşğul olmasına da kvota qoyulduğunu, onlara spirtli içkilərlə ticarət etməsinə icazə verilməməsini və Moskva eləcədə Moskvaətrafı bölgələrdə əməkçi miqrantlara ayrılan kvota sayının 750 mindən 250 minə endirilməsi qeyd edib.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov bildirmişdir ki, 2009-cu ildə Dövlət Miqrasiya Xidmətinə 7000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciət etdiyini, bu müraciətlərin araşdırıldığını və müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb. Natiq xatırladıb ki, qurumun şikayət və təkliflər üçün qaynar xətti (561-87-54) və elektron ünvanı (www.migration.gov.az) fəaliyyət göstərir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya idarəsi şöbəsinin sektor müdiri Fuad Cabbarov, “İnsan Hüquqları üzrə İctimai Şura”nın icraçı direktoru Arzuxan Əlizadə, Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəsmisi Səltənət Məmmədova, Azərbaycanda Çeçen icmasının nümayəndəsi Xamzat İlyasov, Ombudsman aparatının rəsmisi Müqalib Mahmudov, Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev, Axıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Burhanov, AMEA-nın İnsan Haqları İnstitunun rəsmisi Musa Musayev və başqaları mövzu ətrafında çıxış etmişlər.
«Azərbaycanda miqrantaların mövcud durumu və problemlər» mövzusunda təşkil edilmiş dəyirmi masada bu xidmət sahəsini daha da yaxşılaşdırmaq istiqamətində mülahizələr, təkliflər ətrafında müzakirə və fikir mübadiləsi aparılaraq mövcud çatışmazlıqların aradan qaldırılması, miqrasiya proseslərinin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə cavab verə biləcək şəkildə tənzimləmək baxımından əhəmiyyətli və vacib olduğu bir daha qeyd olunmuşdur.

AVCIYA