Seçkilərdən ən çox yazan müstəqil qəzetlərdir

Prezident İlham Əliyev Bakı bulvarında yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışında iştirak edib
İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar əməliyyat müşavirəsi keçirilib
Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının Prezident seçkiləri ilə əlaqədar apardığı seçkiqabağı müşahidələrin nəticələri və seçki bülletenin 3 – cü sayının təqdimatı ilə bağlı mətbuat konfransı keçirib.AzVision.az xəbər verir ki, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qurumun müşahidə keçirməyi planlaşdırdığı mərhələlərə barədə məlumat verib:

“Seçki öncəsi mühitin monitorinqi, namizədlərin irəli sürülməsi və imza toplanması mərhələsi, prezidentliyə namizədlərin seçkiqabağı kampaniyanın monitorinqi və seçki gününün monitorinqi. Biz planlaşdırırıq ki, hər seçki məntəqəsinə öz nümayəndəmizi göndərək. Seçki günündə həmin gün ərzində 4 dəfə KİV-ə məluma
t veriləcək. Seçkidən sonrakı gün isə mətbuat konfransı keçiriləcək”.

M.Zülfüqarlı qeyd edib ki, hazırda assosiasiya müşahidələrin birinci mərhələsini başa çatdırıb. Bu dövrdə seçkiqabağı mühitin təhlili verilib, 12 qəzetin monitorinqi təşkil edilib, 3 bülleten nəşr olunub:

“İyul ayında 2 qəzetin monitorinqinin nəticələri göstərir ki, iyun ayına nisbətən seçki ilə bağlı xəbərlərin sayı 2,47% artıb. Lakin may ayı ilə müqayisədə 0,21% geriləmə müşahidə olunub. Xəbərlərin ümumi sayına görə birinci yeri müstəqil qəzetlər (5532), ikinci yeri müxalifət qəzetləri (5260), üçüncü yeri isə iqtidar qəzetləri (2994) tutub. İyul ayı ərziondə ümumilikdə 12 qəzetdə seçkilərlə bağlı 13 786 xəbər dərc olunub”.

azvision.az