Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin vaxtı uzadıldı

Prezident İlham Əliyev: “Azərspace 2” peykinin orbitə çıxarılması dövlətimizin növbəti uğurudur
“Baş verənlər milli dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir” – AVCİYA rəhbəri Elxan Süleymanov
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib Prezident İlham Əliyev iclasda iştirak edib

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb”.

report.az