Azərbaycanın XİN başçısı erməni jurnalistlərə Qarabağ dərsi keçib

Moskvada dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəlinin açılışı olub
Xalqımızın sevimli sənətkarı, Azərbaycan səhnəsinin “Qaynanası”nın 105-ci ildönümü tamam olur
ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyası Azərbaycana səfərin yekunları ilə bağlı hesabat yayıb

“Əsəbləşməyin, ən əsası əsəbləşməməkdir. Siz çox emosionalsınız, bu isə jurnalist üçün çox pis haldır”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovBrüsseldən Moskvaya gedən zaman təyyarədə Ermənistan jurnalistləri ilə söhbətində deyib.

Erməni jurnalistlərdən biri Dağlıq Qarabağla bağlı E.Məmmədyarova sual verib. XİN başçısı suala sual ilə cavab verib: “Qarabağın işğal edilən hansı hissəsi ermənilərə aid ərazi sayılır?”

E.Məmmədyarov erməni jurnalistə bir məsələnin də izahını verib: “Qarabağ Azərbaycan dilində olan sözdür və rus dilinə “çernıy sad” kimi tərcümə edilir”.

Erməni jurnalist Azərbaycan mətbuatında İrəvan xanlığının Azərbaycanın bir hissəsi olduğu ilə bağlı daim yazılar, sənədli filmlər getdiyini, “Yerevan bizimdir” deyildiyini əsəbi halda söyləyib. E.Məmmədyarov isə erməni jurnalistə emosialarını cilovlamağı, sakitləşməyi məsləhət görüb və emosionallığın jurnalist üçün çox pis hal olduğunu əlavə edib.

Qeyd edək ki, aprelin 4-də Belçika paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası keçirilib. Xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak edib. Bu gün isə Moskvada MDB xarici işlər nazirlərinin iclası olacaq. E.Məmmədyarov toplantıya qatılmq üçün Brüsseldən Moskvaya səfər edib.