Azərbaycanlı gənc alim beynəlxalq jurnalın baş redaktorlar qrupuna seçilib

Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb
Bakıda “Qayıdış hüququ” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının böyük elmi işçisi fizika üzrə fəlsəfə doktoru Günel İmanova beynəlxalq “Synthesis and Sintering” jurnalının 4 nəfərlik baş redaktorlar qrupuna seçilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, impakt faktoru 0.7 olan və “Synsint Research Group” tərəfindən yayımlanan jurnal təbiət elmləri üzrə bir-birindən maraqlı məqalələri ilə oxucuların rəğbətini qazanıb.

AZƏRTAC