Azərbaycan beynəlxalq kitab sərgisində təmsil olunur

Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub

Turində təşkil olunmuş beynəlxalq kitab sərgisinə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 32 kvadratmetrlik xüsusi dizaynlı stendlə təmsil olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ekspozisiyada Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi haqqında müxtəlif nəşrlər, dövlətimizin mədəniyyət siyasətinə uyğun olaraq yüksək bədii və poliqrafik keyfiyyətə malik kitablar, təbliğat materialları ziyarətçilərə təqdim edilib.

Ümumilikdə 200 adda 300 nüsxə nəşr məhsulu sərginin ilk günündən maraqla qarşılanır.

Rəsmi açılış mərasimində İtaliya Parlamentinin Deputatlar Palatasının prezidenti Roberto Ficonun da iştirak etdiyi sərgi mayın 14-dək davam edəcək.