Azərbaycan Müdafiə Nazirliyi: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib
Türkiyənin qardaş və dost ölkələrlə diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümünə həsr olunan rəsmi qəbul keçirilib

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bölmələrimizin guya təxribat törətməyə cəhd etməsi və Ermənistanın Aygepar və Movses kəndlərini D-30 toplarından atəşə tutması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

Vaqif Dərgahlı AZƏRTAC-a bildirib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini atəşə tutublar. Mərmilər yaşayış binalarına düşüb.