Azərbaycan prezidentliyinə namizəd Fərəc Quliyev səs verib

Sabah saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut olacaq
Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib
Ekzitpol seçkinin azad və şəffaf keçirilməsində mühüm rol oynayır

Azərbaycan prezidentliyinə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün 23 saylı Nəsimi-Səbayel seçki dairəsinin 25 saylı məntəqəsində səs verib. APA-nın xəbərinə görə, F.Quliyev seçki məntəqəsinə ailə üzvləri ilə birlikdə gəlib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, bu vaxta qədər onun seçki qərargahı tərəfindən heç bir qanun pozuntusu qeydə alınmayıb: “Hazırda seçki prosesi şəffaf davam edir”.