Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səsvermədə iştirak edib

Yunan mənbələrində Azərbaycan toponimləri – Muğan, Biçənək, Zod, Şəki, Şamaxı…
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev 16 saylı Yasamal ikinci seçki dairəsinin 20 saylı məntəqəsində səs verib. Trend-in məlumatına görə, Qüdrət Həsənqiliyev xanımı ilə birgə səsverməyə gəlib. Səsvermədən sonra jurnalistlərə açıqlama verən Q.Həsənquliyev bildirib ki, seçki elə bir səviyyədə keçirilməlidir ki, heç kəs onun legiyimliyini şübhə altına almasın: “Azərbaycanın Daqlıq Qarabağ kimi problemi var. Bizim ölkənin imici beynəlxalq aləmdə yüksək olmalıdır. Biz demokratik ölkə kimi insan hüquqlarının aliliyini tanımalıyıq. Düşünürəm ki, iqtidar öz məsuliyyətini başa düşür və çalışmalıdır ki, seçkilər beynəlxalq standartlara uyğun keçsin”. /Trend/