Azərbaycan Xarici İşlər Naziri ilə Türkiyənin xarici işlər naziri arasında telefon danışığı olub

Prezident 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib
Prezident: Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir
Erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub, 414 nəfər xəsarət alıb

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışığına dair məlumat yayıb.

“Report”un xəbərinə görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı Qarabağdakı son proseslər müzakirə olunub. 

Tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Report