Azərbaycanda səsvermə başa çatıb

Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilir
Qarabağ Atçılıq Kompleksində yüksək şərait yaradılıb
AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb. APA-nın məlumatına görə, Saat 8.00-da start verilən səsvermə prosesi saat 19.00-da yekunlaşıb. Seçkilərdə 10 namizəd iştirak edir. Bunlar hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur.

Ölkə üzrə 5 milyon 145 min 643 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs veriblər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.
Seçkilərdə “exit-poll” təşkil olunub. Yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar da “exit-poll” keçirib. “Exit-poll” keçirən təşkilatlardan biri ABŞ-ın nüfuzlu AJF şirkətidir. Bu şirkət “exit-poll”u “APA Holding” MMC-nin dəvəti əsasında keçirib. /APA/