Çexiyalı millət vəkili: Azərbaycanda Azərbaycanda prezident seçkilərinin təşkilindən çox razı qalmışıq

Dövlət Komitəsi “Roblox” platforması ilə bağlı valideynlərə tövsiyələrini açıqlayıb
Azərbaycan komandası Türkiyədə 10-cu “TEKNOFEST” festivalının qalibləri sırasında yer alıb
Bakıda diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib

Azərbaycanda prezident seçkilərinin təşkilindən çox razı qalmışıq. Trend-in məlumatına görə, bunu çexiyalı millət vəkili, beynəlxalq müşahidəçi Vatslav Kubata jurnalistlərə açıqlamasında bildirib. V.Kubata deyib: “Bu gün 9 məntəqədə olmuşuq, həmin məntəqələrdə xeyli seçici var idi”. Çexiyalı müşahidəçinin sözlərinə görə, insanlar davamlı şəkildə səsvermə prosesində iştirak edirdilər: “Daha əvvəl Moldovada seçki prosesində iştirak etmişəm. Sizin ölkənizdə seçkilərin təşkilindən çox razı qalmışıq”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. /Trend/