Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 09 fevral 2020-ci tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı İlkin Rəyi

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 77-ci sessiyasındakı çıxışı
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Hacı Zeynalabdin Tağıyev haqqında film beynəlxalq festivalda uğur qazanıb

 Bakı şəhəri 10 yanvar 2020-ci il

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) keçən il dekabrın 6-dan başlayaraqMilli Məclisə növbədənkənar seçkilərləbağlı geniş fəaliyyət proqramı həyata keçirib. Assosiasiya seçkilərin ədalətli, şəfaf, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin AR Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə uyğunluğunu qiymətləndirməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini təşkil edib. Bununla əlaqədar 04 fevral 2020-ci il tarixdə ictimaiyyətə Aralıq Hesabat ( 06 dekabr 2019 – 04 fevral 2020-ci il) təqdim olunub. Hesabatda namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası və AVCİYA-nın seçki və referendumlarda fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Assosiasiya 6 dekabr 2020-ci il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq regionlarda parlament seçkiləri ilə bağlı maarifçilik tədbirləri, o cümlədən müşahidəçilər üçün seminarlar həyata keçirib. Bu məqsədlə “2020-ci il Milli Məclisə növbədənkənar seçkilərin monitorinqi. Yaddaş kitabçası. Bakı 2020” və “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ. MÜQAYİSƏLİ TƏHLİLİ. Bakı 2020” kitablarını nəşr etdirib. Bundan başqa AVCİYA-nın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində regional ofisləri yenidən təşkil edilib.

Assosiasiya belə hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, namizədlər və müşahidəçilər üçün yaradılmış münbit şərait ədalətli və şəfaf seçkilərin keçirilməsinə imkan verib.

Seçki günü 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) məntəqələrdəki seçici fəallığının vəziyyəti, müşahidə olunan qanun pozuntuları və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib.

AVCİYA-nın Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış məntəqələrdə seçiçi fəalliğı 48.56 %təşkil etmişdir. Seçki günü ölkə üzrə bəzi məntəqələrdə bir sıra çatışmazlıqlar, o cümlədən bəzi məntəqlərin ərazilərində, bəzi sosial şəbəkə və elektron KİV-lərdə təşviqat materiallarının seçkiyə 24 saat qalmış tam yığışdırılmaması, bəzi məntəqələrdə müşahidəçilərin qeydə alınmasına qeyri peşəkar yanaşılması, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və s. hallar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdı. Bu faktlala bağlı dərhal MSK və MnSK təmsilçiləri ilə əlaqə saxlanılmış, qeyd olunan nöqsanlar aradan qaldırılmışdır.Qeydə alınmış bu cür az sayda çatışmazlıqlar seçkilərin ümumi nəticələrinə təsir etmək gücündə olmamışdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasında09 fevral 2020-ci il tarixində keçirilmiş Milli Məclisə növbədənkənar seçkiləri baş tutmuş hesab edir. Assosiasiya bildirir ki, seçkilər qanunvericiliyə, beynəlxalq öhdəliklərəuyğun, ədalətli və şəffaf keçirilmişdir.

 AVCİYA Seçki Qərargahı