Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasının Təhsil Naziri Emin Eldar oğlu Əmrullayevə MÜRACİƏTİ

Dövlət Miqrasiya Xidməti xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar əcnəbilərə müraciət edib
Prezidentin və birinci xanımın iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi keçirilir

Hörmətli Emin müəllim!

Əvvəla Sizi və rəhbərlik etdiyiniz çoxminli təhsil işçilərini Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız möhtəşəm qələbə münasibəti ilə təbrik edir, can sağlığı, uğurlar arzulayırıq.

Bü möhtəşəm qələbədə gənc nəslin vətəpərvərlik tərbiyəsində, milli iftixar şüurunun formalaşdırılmasında fədakar təhsil işçilərinin rolu əvəzsizdir.

Müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbələr hamımızın, o cümlədən təhsil işçilərinin də üzərinə böyük məsul vəzifələr qoyur.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev cənablarının müxtəlif ölkələrin KİV nümayəndələrinə verdiyi son mühasibələrdə Dağlı Qarabağ probleminin tarixi kökləri, Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri və digər taleyüklü məsələlər haqqında məlumat verməsi sübut edir ki, həm ölkə daxilində, həm də ölkə xaricində tariximizin təbliğ olunmasına ciddi ehtiyac var.

Qəhrəman əsgərlərimizin 44 günlük döyüşlərdə qazandığı şanlı qələbələrin yazılması və təbliği sahəsində qarşıda bizi çox ciddi işlər gözləyir.

Azərbaycanda XX əsrin 80-ci illərin axırlarında erməni separatçılarına qarşı mübarzə başlayanda məlum oldu ki, tarixin saxtalaşdırılması və tədrisin zəif təşkil ediməsi səbəbindən xalqın öz tarixini bilməsi sahəsində ciddi problemlər mövcuddur. O zaman “Azərbaycan tarixi” fənni yalnız ali məktəblərin humanitar fakültələrində, çox az dərs saatı hesabına, obyektivlikdən uzaq dərsliklərlə tədris olunurdu. Bu çatımazlıqları aradan qaldırmaq üçün Təhsil Nazirliyi təxirəsalınmaz tədbirlər həyata keçirdi. Qısa müddətə bütün ali məktəblərdə ixtisasında asılı olmayaraq “Azərbaycan tarixi” fənni tədris olunmağa başlandı. Qısa müddətdə yeni dərsliklər əsasında birinci kurslarla yanaşı, son kurs tələbələrinə də vətən tarixi tədris olundu və müsbət nəticə əldə edildi.

Bizim assosiasiyamızda da digər sahələrlə yanaşı, tarix üzrə ekspertlərimiz, alimlərimiz səmərəli fəaliyyət göstərirlər. Onların fəaliyyəti sayəsində çağdaş Azərbaycan tarixinin taleyüklü problemlərinə aid 50-dən artıq kitab, çoxlu sayda elmi məqalələr işıq üzü görüb.

Ali məktəblərdə “Azərbaycan tarixi”nin tədrisi ilə bağlı çox təəssüf ki, son illər bir sıra çatışmazlıqlar özünü büruzə verməkdədir. Yeni dövrün tələblərinə cavab verməyən dərsliklərin mövcudluğu, dərs saatlarının ildən-ilə azadılması bu sahədə ən böyük çatışmazlıqlardandır. Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin saatlarının əvvəl 90 saatdan 75 saata, bu il isə 60 saata endirilməsi fikrimizcə heç bir məntiqə sığmır.

Milli qürurun, vətənpərvərlik hissinin formalaşması üçün, hamı öz xalqının, ölkəsinin tarixini mükəmməl bilməlidir. Hesab edirik ki, 28 ildən artıq torpaqları ermənistan silahlı qüvəlləri tərəfindən işğal edilən və işğalda saxlanılan,dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qalan, tarixin ən qəddar Xocalı Soyqırımını yaşayan Azərbaycan xalqının tarixi həqiqətləri dünyaya yüksək səviyyədə çatdırılmalıdır. Azərbaycan ordusunun 44 günlük mübarizəsi nəticəsində öz torpaqlarını işğaldan azad etdikləri zaman, heç kəs, nə xristiyan dünyası, nə güc mərkəzləri, nə beynəlxalq təşkilatlar, nə özlərini insan haqlarının müdafiəçiləri hesab edən Avropa, Amerka dövlətləri ermənilərə torpaqları azad et demədi. Bütün bu hadisələri dərslərdə təyin olunmuş 60 saatda yox, 600 saatda da tədris etmək azdır. Yeni dərs ilində yalnız 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük qəhrəmanlıq tarixinin təbliği üçün necə saat tələb olunacağını indidən hesablamasına ciddi ehtiyac var.

Hörmətli Emin müəllim!

 “Azərbaycan tarixi”nin tədrisi ilə bağlı mövcud problemlərin aradan qaldırılmasına, gənclərimizdə olan yüksək vətənpərvərlik ruhunun, milli iftixar hissinin inkişafına yaxından dəstək vermək məqsədi ilə bütün tədris müəssisələrində işlərin yüksək səviyyədə təşkili, “Azərbaycan tarixi” fənninin dərs saatlarının artırılması üçün müvafiq göstərişlər verməyinizi xahiş edirik.

Dərin hörmətlə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanov