Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Zəngilan rayonu

Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib
Şəhidlərin xatirəsinə ehtiram
Baş Nazirin müavini Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Respublikasında inzibati-ərazi vahidi olan Zəngilan rayonu Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.

İnzibati mərkəzi Zəngilan şəhəridir.

Rayon 1930-cu ildə təşkil olunmuşdur. “Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Mərkəzi İcraiyyə Komitəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə göstərilir ki, Zəngilan rayonu Azərbaycan Respublikası Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli Qərarı ilə təşkil olunmuş və 1-ci kateqoriyalı rayonların siyahılarına daxil edilmişdir.

Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş vermişdir. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 24 noyabr 1931-ci il tarixli Qərarı ilə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 14 mart 1933-cü il tarixli Qərarı ilə Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı əsasında bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmişdir. Lakin bu ləğv olunmadan qısa bir müddət sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur.

Hər iki rayon müstəqil ərazi vahidləri kimi bu günə qədər mövcuddur.

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Zəngilan rayonu üzrə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış və məhv edilmiş obyektlər haqqında

MƏLUMAT

 Dağıdılmış və məhv edilmiş obyektlərÖlçü vahidiÜmumi miqdarıÜmumi dəyəri
 İşğal edilmiş və ya dağıdılmış yaşayış məntəqələriədəd851.390.000  
 Yaşayış evləri, mənzillər (şəhərlərdə, yaşayış məntəqələrində qalan ev əşyaları, avadanlıqları)ədəd36.0001.265.000
 Sənaye obyektləriədəd1233.000
 Kənd təsərrüfatı obyektləri (texnika, nəqliyyat və s.)ədəd2.82099.000
 əkinçilik sahələriha7.0005.500
 maldarlıq təsərrüfatlarıədəd3112.500
 iribuynuzlu heyvanlarbaş52.34223.000
 xırdabuynuzlu heyvanlarbaş104.00013.000
 ev quşlarıbaş14.281130
 arı ailəsiyeşik1.6001.040
 meyvə ağaclarıədəd301.4743.000
 meyvə və üzüm bağlarıha4.600023.000
 otlaqlarha22.8744.400
 Rabitə obyektləriədəd808.100
 Səhiyyə müəssisələriədəd66 
 xəstəxanalarədəd65.000
 poliklinikalarədəd454.500
 doğum evləriədəd9800
 apteklərədəd6600
 Tədris müəssisələri (məktəblər, texnikumlar)ədəd8133.000
 Məktəbəqədər müəssisələr (bağçalar)ədəd426.900
 Mədəniyyət müəssisələriədəd152 
 kitabxanalarədəd6513.600
 klublarədəd6314.000
 muzeylərədəd243.900
 muzey eksponatları  4.700
 Məscidlərədəd3500
 Avtomobul yollarıkm39033.200
 Dəmir yolu xətlərikm14036.000
 Körpülər (avtomobil,dəmir yolu və s.)ədəd131.400
 Su anbarlarıkm81.900
 Magistral su xətləri (kanalları)km1053.700
 Elektrik xətlərikm2.9004.400
 Magistral qaz boru xətlərikm453.200
 Meşə sahələriha14.260296.000
 Su nasos stansiyalarıədəd218.000
 Tikinti təşkilatları (müəssisələri)ədəd111.200
 Dəmiryol vağzallarıədəd82.400
 Ticarət və ictimai iaşə obyektləriədəd19119.000
 Telefon xətlərikm3.0003.300
 Radio uzel xətlərikm2.5003.300
 Anbarda qalan hazır məhsullar:    
 şərab məhsuludeka/L.min478,33.800
 konserv məhsuluş/banka.min1201.200
 taxıl məhsuluton4.0001.200
 tütün məhsuluton2.70012.400
 barama məhsuluton12400

Hər bir ailəyə dəyən və heç bir pul vahidi ilə qiymətləndirilə bilməyən mənəvi zərər nəzərə alınmamaqla, 3.414.170,0 min (üç milyard dörd yüz on dürd milyon yüz yetmiş min) ABŞ dolları məbləğində maddi ziyan dəymişdir.

Qeyd: hesablamalar 1994-cü il üçün olan qiymətlərlə aparılmışdır.

Mənbə:

Elxan Süleymanov və Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü” kitabı;

https://az.wikipedia.org/wiki/Z%C9%99ngilan_rayonu