Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb
Dövlət Məşğulluq Agentliyi tərəfindən 1410 nəfər peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub
Daxili işlər naziri Göyçayda vətəndaşların qəbulunu keçirəcək

Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə “Nüvə enerjisinin dayanıqlı inkişafı üçün nüvə yanacağı təchizat zənciri (NFSC26)” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Günay Əbdiyeva-Əliyeva “İnnovativ reaktor texnologiyaları üçün qabaqcıl nüvə yanacağının istehsalında süni intellekt əsaslı keyfiyyətə nəzarət və kiberdavamlı avtomatlaşdırma” mövzusunda elmi tədqiqatını təqdim edib.

Tədqiqatda qabaqcıl nüvə yanacağının istehsalında süni intellekt texnologiyalarının tətbiqi, keyfiyyətə nəzarətin avtomatlaşdırılması, texnoloji proseslərdə anomaliyaların aşkarlanması və sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi məsələləri araşdırılıb.

Qeyd edək ki, konfrans nüvə yanacağı təchizat zəncirinin dayanıqlılığı, innovativ reaktor texnologiyaları və müasir texnoloji həllər üzrə beynəlxalq mütəxəssisləri, alimləri və sahə nümayəndələrini bir araya gətirib.

AZƏRTAC