Azərbaycanın Mətbuat Şurası məlumatın ilkin mənbədən alınması barədə sorğunun nəticələrini elan edib

Bakıda ATƏT sədri ilə danışıqlar zamanı Qarabağ münaqişəsi müzakirə olunub
Qarabağ bölgəsində səsvermə seçicilərin fəallığı ilə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub

Azərbaycanın Mətbuat Şurası (AMŞ) bu gün jurnalistlərə təqdim edilən “Məlumatın ilkin mənbədən alınması: mövcud tendensiyanın monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində keçirilən sorğunun nəticələrini elan edib.
Şuranın icraçı katibi Rəhim Hüseynlinin sözlərinə görə, məlumatın ilkin mənbədən alınması probleminin mövcudluğu barədə suala 75 respondent cavab verib. Onlardan 32 nəfəri mənfi, 43 nəfəri isə müsbət cavab verib.
Bu sahədə mövcud olan problemlərin səbəbi barədə suala 181 respondent cavab verib. Onlardan 26-nın fikrincə, buna səbəb məmurların və informasiya daşıyıcılarında rol oynayanların məsuliyyətsizliyidir. 24 respondent hesab edir ki, səbəb məsul şəxslərə inamın olmamasıdır, 22 nəfər isə fikirləşir ki, mətbuat xidmətinin aşağı səviyyədə işləməsidir, 44 nəfərin fikrincə, buna səbəb jurnalistlərin qeyri-peşəkar olmasıdır, 17 respondent isə hesab edir ki, səbəb jurnalistlərin siyasiləşməsidir.
19 respondent məlumatın ilkin mənbədən alınması haqqında qanunvericiliyin iş bacarığının olmadığını hesab edir, 18 nəfər isə fikirləşir ki, ilkin mənbədən alınan informasiya ictimai maraqlı deyil, 11 nəfər digər əsaslar gətirib.