Bütün seçki məntəqələri səsvermə barədə hesabatları təqdim ediblər

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası keçirilib
Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı
Sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlardakı məhkəmələrdə bütün işlərin qəbulu bərpa olunur

Bütün seçki məntəqələri artıq bələdiyyə seçkilərində səsvermə barədə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediblər. Bu barədə cümə günü MSK-nın mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Bu günün sonuna kimi bələdiyyələrdən yekun protokolların hamısı MSK-ya təqdim olunmalıdır. Növbəti mərhələdə isə MSK protokolları nəzərdən keçirəcək.
Dekabrın 23-də ölkədə bələdiyyə seçkiləri keçirilib. Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub.
Bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınmışdı. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirdilər.
MSK yanında “Seçkilər” İnformasiya Mərkəzinin ilkin məlumatına əsasən ölkədə seçicilərin aktivliyi 31,86% təşkil edib./Trend/