Azərbaycanın üçüncü peyki “Azerspace-2” uğurla orbitə buraxılıb

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir 
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən II hissə
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Azerspace-2” peykinin sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində səsləndirilib.

Dövlətimizin başçısı qeyd edib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir.

“Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”, – deyə Prezident İlham Əliyev bildirib.