“E-Təbib” mobil tətbiqini yükləyin

Prezident və birinci xanım Bakıda “Şərq Bazarı” kompleksində yaradılan şəraitlə tanış olublar
Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib
Azərbaycanın dəstəyi ilə Dünya İrs Xəritəsi nəşr olunub

“E-Təbib” mobil tətbiqinə qoşularaq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına öz töhfənizi verə bilərsiniz.

Tətbiqin təsviri

“E-Təbib” – koronavirusun yayılmasını azaltmağa kömək edən mobil tətbiqdir.

Bu tətbiq vasitəsilə Siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcəksiniz. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa (məsələn, sırada, dükanda və s.), sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.

“E-Təbib” “Bluetooth” texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər.

Tətbiqin köməyi ilə bir toxunuşla Koronavirus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür.

Tətbiqə necə qoşulmalı?

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

-İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;

-Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;

-SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;

-“Bluetooth” qurğusunu işə salın.

-“E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Azərtac