“Azərxalça” ASC Beynəlxalq Sərgisində böyük stendlə iştirak edir

Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir
5100 metr uzunluğunda dövlət bayrağı ilə sərhədçi yürüşü
Prezident İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb

Moskvada açılan “HEIMTEXTILE 2021” Beynəlxalq Sərgisində “Azərxalça” ASC böyük stendlə iştirak edir. Əsas üstünlük isə Qarabağ xalçalarına verilib.

Bu barədə AZƏRTAC-a müsahibəsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov məlumat verib.

O deyib: “Azərxalça” Moskva şəhərində keçirilən “HEIMTEXTILE 2021” sərgisində ilk dəfə iştirak edir. Ekspozisiyada 71 Azərbaycan xalçası nümayiş olunur. Biz istərdik ki, sərgiyə gələn qonaqlar Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə tanış olsunlar. Lakin bu dəfə biz əsasən Qarabağ xalçalarına üstünlük vermişik. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. Bu gün biz fəxrlə həm klassik, həm də müasir Qarabağ xalçalarını sərgi ziyarətçilərinə təqdim edirik”.

E.Məmmədov əlavə edib ki, “Azərxalça” bu gün sərgiyə həm də yeniliklərlə gəlib. “Bu yeniliklərdən biri də müəssisəmizin bütün xalçalarının “QR” kodlu etiketlə təchiz edilməsidir. Həmin “QR” kodları telefona yükləməklə hər bir xalçanın toxunma tarixçəsi – toxunduğu yer və tarix, xalçanın adı barədə məlumat almaq mümkündür. Bu, Azərbaycan xalçaçılığında olduqca mühüm bir yenilikdir”, – deyə Emin Məmmədov vurğulayıb.

AZƏRTAC