Azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 77-ci sessiyasındakı çıxışı
AVCİYA-nın eksperti, professor Asif Hacıyev Moskva universitetinin tələbələrinə mühazirə oxuyub
Bu gün Quba Soyqırımı Memorial Kompleksi onlayn ziyarət olunacaq

İşağldan azad edilən yaşayış məntəqələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi davam edir.

“Report”un Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarının apardığı təmizlənmə işləri zamanı, Ağdamın işğaldan azad edilən Baş Qərvənd kəndinə gedən avtomobil yolunda 10 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb.

Kommunikasiya xətləri, yollar və əkin sahələrində aparılıan təmizləmə işləri sürətlə aparılır. Axtarış tədbirləri zamanı hər gün partlayıcı sursatlar aşkarlanır.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə təmizləmə əməliyyatları sürətlə davam etdirilir.

Report