Azad olunmuş ərazilərdəki abidələrlə bağlı “Yol Xəritəsi” hazırlanıb

Report

Qubadlıda xidmət edən əsgərlərimizə sovqat paylanılıb
Azərbaycan Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur
Prezident Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub

“Azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “Yol Xəritəsi” sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub”.
“Report” xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.
“İnfrastruktur layihələrinin icrası zamanı işğaldan azad edilmiş rayonlarda yerləşən abidələrin, tarixi-memarlıq və arxeoloji əlamət daşıyan obyektlərin qorunması üçün qabaqlayıcı mühafizə tədbirlərinin təmin edilməsi məqsədilə elektron xəritələr tərtib edilib və aidiyyəti orqanlara təqdim edilib”, – əlavə edib.

Report