Azərbaycanın turizm potensialı Böyük İpək yolu ölkələri üçün təqdim olunub

Polad Bülbüloğlu: “Bu gün Qarabağ münaqişəsini silahlı yolla həll etmək üçün Azərbaycanın bütün imkanları var”
İƏT Təmas Qrupu Qarabağa səfərin yekunları ilə bağlı hesabatını tərtib edəcək
Dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə çatıb

Rusiya Xalqlar Dostluğu Universitetinin Mehmanxana Biznesi və Turizm İnstitutunun (MBTİ) “Böyük İpək yolu brendi çərçivəsində MDB məkanında mədəniyyət yolunun inkişafı: Birlik ölkələri ali məktəblərinin iştirakı ilə insan kapitalının formalaşması” layihəsini həyata keçirir. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən dəstəklənən layihədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan ali məktəbləri iştirak edir.

Layihə çərçivəsində MBTİ-də “MDB məkanında Böyük İpək yolunun turizm potensialı” mövzusunda simpozium keçirilib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri iştirak ediblər. Tələbələr Böyük İpək yolu üzərində yerləşən Azərbaycanın turizm potensialı, mədəniyyəti və tarixi barədə məlumat verib, musiqi nömrələri nümayiş etdiriblər.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev tədbirdə çıxışında ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, Rusiya ilə bu sahədə əlaqələrin inkişafından danışıb.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva