“AzerGold” “Şəhərsalma və Memarlıq İli”ndə yeni xatirə sikkəsi təqdim edəcək

ÜST-ün məqsədi: Bu ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40 faizinin koronavirusa qarşı peyvənd edilməsi
Sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldıldı
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib.

Yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Sikkədə memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi tikililər təsvir olunub.

Məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb. Bu qabaqcıl texnologiya sayəsində sikkə üzərində ultra yüksək relyef, incə detallı dizayn elementləri və çoxölçülü vizual effektlər əldə olunub. Nəticədə məhsul klassik zərb texnikasından fərqli olaraq daha dərin bədii ifadə, yüksək dəqiqlik və unikal estetik görünüş ilə seçilir.

Layihənin məqsədi Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək, milli-mədəni dəyərləri geniş auditoriyaya çatdırmaq və görkəmli şəxsiyyətin xatirəsini yaşatmaqdır. Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş alıcı auditoriyası üçün nəzərdə tutulub.

“AzerGold” bundan əvvəl də tarixi-mədəni irsin təbliğinə yönəlmiş müxtəlif məhsullar istehsal edib. Bu sıraya “Qarabağ inciləri”, “Şuşa”, “Bakı”, “İçərişəhər”, “Qobustan”, “Naxçıvan” kolleksiyaları daxildir. Yeni sikkə də bu ənənəni davam etdirərək Azərbaycanın mədəni irsini həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmağa xidmət edəcək.

Report