Bələdiyyə seçkiləri standartlara uyğun keçir – Azərbaycanın ombudsmanı

AVCİYA seçki ilə əlaqədar seminarları davam etdirir
Ceyhun Bayramov: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək
Mərkəzi Seçki Komissiyası YAP tərəfindən Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin namizədliyini təsdiq edib

Bəldiyyə seçkiləri standartlara və ölkənin qanunvericiliyinə müvafiq keçir və hələki ciddi qanun pozuntuları qeydə alınmayıb, çərşənbə günü Azərbaycanın ombudsmanı Elmira Süleymanova jurnalistlərə deyib.
“Ombudsman Aparatının 38 əməkdaşı seçki prosesini müşahidə edir və onların verdiyi məlumata görə, hələki qanun pozuntuları qeydə alınmayıb”, – Süleymanova deyib.
O, builki seçkilərdə namizədlər arasında çox sayda qadınların olması faktını müsbət qiymətləndirib.
Dekabrın 23-də Azırbaycanda bələdiyyə seçkiləri keçirilir.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb, onlardan 6108-i qadındır. Həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib./Trend/