“Bakı Qəhrəman şəhərdir”

Arda Turandan Qarabağa dəstək
AVCİYA prezident seçkiləri ilə bağlı apardığı yekun hesabatı oktyabrın 18-də açıqlayacaq
POSTMÜHARİBƏ DÖVRÜ. UŞAQ PSİXOLOGİYASI

Bu günlərdə Ağdamın  sərhədyanı Çıraqlı kəndinə getməyimdə məqsəd “Qarabağ bülbülü” olan İlhamiz Paşayevlə görüşmək idi. Görüşdüm. Maraqlı söhbət alındı. Ondan ayrıldıqdan sonra kəndin qırağında yaşlı bir sakinlə görüşdüm.  Əkin sahəsindən gəlirdi. Adı Əfrasiyab idi. Tanış oldum. Məlum oldu ki, bizim Quzanlı kəndini yaxşı tanıyır. Onunla kənd sakinlərinin  ruh yüksəkliyindən, vaxtıylə Qarabağda, Ağdamda gedən döyüşlər haqqında danışdıq. Bildiyim və bilmədiyim bir çox mətləblərə toxunduq. Söhbətdə atasının Böyük Vətən müharibəsində döyüşdüyündən, hətta əsirlikdən qaçaraq partizan hərəkatına qoşulmasından danışdı. Kövrəldi…

Həmsöhbətim yaşının müdrik çağında olsa da  atasızlığı necə çətinliklə yola verdiyini dilə gətirdi. Uşaq ikən anasını itirdiyindən nənəsinin sonrada, xalasının himayəsində böyüyən  həmsöhbətim ona ildə iki dəfə “qaloş” alındığını deməyi də unutmadı. Hətta onun alınmasını çox səbrsizliklə gözlədiyini etiraf etdi…

Həyatda oxşar taleli insanlar çox olur. Bu söhbətin yazısını hazırlamamışdan əvvəl başqa bir qəhrəmanım haqqında danışmaq istərdim. Həmsöhbətimin özüylə, həyatda keçdiyi ağır və keşməkeşli illərlə bağlı söylədiyi fikirlər mənə yad deyildi.  Buna bənzər həyat hekayəsini artıq bir dəfə eşitmişdm. Şamaxı Mədəniyyət evinin geniş zalında, yüzlərcə rayon sakininin “kirimişcə”  oxşar həyat hekayəsinə necə qulaq verdiklərinin şahidi olmuşdum. Açığı o çıxış məni necə ovsunlamışdısa onu  diktafona yazmağı unutdum…

İlk dəfədir ki,   ürəyi Azərbaycanla çırpınan, bütün vücuduyla ölkəmizi xaricdə təbliğ edən Şamaxıdan millət vəkili seçilmiş Elxan Süleymanov haqqında yazı yazıram.  Harada olmağımdam asılı olmayaraq əvvəlki iş yerlərimdə müdirlərim olmuş Aqil Abbas, Gündüz Həmzəyev və Sevinc Seyidova ilə  əlaqələrim  bu gün də davam edir. Elxan Süleymanovun rəhbəri olduğu kollektivdə on ildən bir qədər artıq çalışmağım  mənim üçün sanki  növbəti bir akademiya idi. Onillik fəaliyyətimdə Elxan Süleymanovun həyat təcrübəsindən cox yararlanmış və  onun diqqətini daim üstümdə hiss etmişəm…

Çıraqlı kəndindəki ağsaqqala söhbətdə maraqlı bir məqama toxunduq. Vaxtıylə tarix müəllimi işləyən həmsöhbətim ötən əsrdən Azərbaycana  qarşı yönələn ayrıseçkiliyin hansı məqsəd daşıdığını başa düşmədiyini, ötən əsrdəki müharibənin məhz Bakı neftinin hesabına qazanıldığı deyilsə də,  Bakının “Qəhrəman şəhər”lər sırasında olmamasından təəsüffləndiyini  dedi.

Bu zaman xatirələrim məni 2005-ci ilə apardı. Həmin ilin yanvar ayında  AVCİYA-nın qərargahında keçirilən  tarixi bir görüşü heç vaxt unuda bilmirəm.  Bu ay Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun təklifi ilə  geniş miqyaslı “Bakı Qəhrəman şəhərdir”  layihəsinin icrasına start verildi…

Elxan Süleymanov  yanvarın 22-də kollektivin bütün dəyərli üzvlərinı AVCİYA-nın qərargahına yığıb  “Bakı Qəhrəman şəhərdir” layihəsini başlamağı və bununla bağlı hər birimizin  təklifini eşitmək istədi. Maraqlı ideya idi. O illərdə  hörmətli dostum Fuad Babayevin aparıcılığı ilə eyniadlı silsilə verilişlər  “Lider” televiziysında efirə verildi. Maraqlı adamlar tərəfindən maraqlı mövzular qaldırıldı. Söz yox ki,  layihənin əsas məqsədi Bakıya “Qəhrəman şəhər” adının verilməsindən yox, Bakının müharibə dövrü oynadığı rolu barədə böyüməkdə olan nəslə çatdırmaq idi. Bu  prosesdə Bakıya qarşı edilən haqsızlıq da xüsusi vurğulanırdı. Layihənin köməyi ilə Bakının  həqiqətən “Qəhrəman şəhər” olması  tanınmış simalar tərəfindən bir daha təsdiqləndi. MDB məkanında gəlmiş qonaqlar tərəfindən keçmiş sovet dövründə Azərbaycana qarşı haqsızlıq edilməsi dəfələrlə qeyd olundu.

Həmin aylarda layihə çərçivəsində  rəhmətlik  dostum Məmməd Nazimoğlunun təşkilatçılığı ilə media təmsilçiləri arasında müsabiqə elan edildi. Layihənin icrasıyla bağlı QHT sektoru arasında dəstək kampaniyası həyata keçirildi. Layihənin gedişiylə bağlı dəyərli ağsaqqalım Musa Yaqub, habelə Altay Zahidov, Nadir Abdullayev  və Ənvər Qafarlının  maraqlı təklifləri oldu.  Bu layihənin icrasında rəhmətlik Azad Şərifovun da xususi zəhməti olmuşdu.

Layihənin gedişi zamanı  Bakının və Azərbaycanın müharibədəki rolu  bir daha araşdırıldı, beynəlxalq və keçmiş ittifaq məkanında ictimailəşdirildi. Bu günkü gənc nəslə  məhz Böyük Vətən Müharibəsində Azərbaycanın və xüsusəndə Bakı neftinin oynadığı rol haqqında bilgilər verildi. O illlərdə media təmsilçilərinin mövzuya diqqət yetirmələri və hər yayılan informasiyaya operativ şəkildə öz səhifələrində yer ayırmaları  ümumi işə təkan verdi.

Beləliklə, bayram ərəfəsində Opera və Balet teatrında layihəyəyə yekun vuruldu. MDB məkanından yüz nəfərədək qonağın və üç yüz nəfərdən artıq  Azərbaycandan olan müharibə veteranının iştirak etdiyi tədbir çox uğurla başa çatdı.

MDB məkanında olan onlarca general, Sovet İttifaqı Qəhrəmanının  qatıldığı tədbirdə Azərbaycanı təmsil edənlər sırasında bir nəfər “Şöhrət” ordeninin bütün dərəcələrini almış Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayan Muradalı Heydərovda iştirak edirdi. Məhz onunla söhbət əsasında dostum Murad Hüseynov maraqlı süjet hazırlamışdı.  Muradalı Heydərovun müharibə xatirələri hər kəsin diqqətindən yayınmadı.

Bu layihə ilə AVCİYA məhz Elxan müəllimin sayəsində QHT sektoru olaraq vətəndaş cəmiyyətində özünü təsdiqləmiş oldu…

Bu gün müharibədəki qələbənin 70 illiyi tamam olur. Ancaq AVCİYA-nın həyata keçirdyi layihənin bundan  sonrakı illərdə də keçiriləcək  tədbirlər arasında xüsusi yeri olacağına şübhəm yoxdur…

Son olaraq qeyd edim ki, bizim Qarabağ savaşındakı  qələbəmizin də təmtəraqlı şəkildə keçirəcəyimiz günün çox da uzaqda olmayacağına   yüz faiz əminəm.