Azərbaycanda 77 təşkilat bəyanat yaydı

Şamaxıda M.Ə.Sabir yaradıcılığına həsr olunmuş VII bədii qiraət müsabiqəsinə start verilib
“Qarabağa doğru” yürüş aksiyası keçirilib
Sabir şeirlərinin qiraət müsabiqəsi bitdi

Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycana qarşı kampaniyaya etiraz olaraq bəyanatla çıxış edib. 

Bəyanatda deyilir:

“Birinci Avropa Oyunlarının başlanmasına bir həftədən də az vaxt qalır. 100 milyonlarla tamaşaçı tarixdə ilk dəfə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimini və Avropanın ən güclü atletlərinin qələbə uğrunda mübarizəsini maraqla izləməyə hazırlaşır.

Şübhə yoxdur ki, ölkəmizə gələn idmançılar, jurnalistlər və turistlər yarışların yüksək səviyyədə təşkilinin şahidi olacaq, Azərbaycanın hərtərəfli inkişafı və bənzərsiz gözəlliyi, xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti və tolerantlıq ənənələri barədə zəngin təəssüratlar qazanacaqlar.

Eyni zamanda, Avropa Oyunları zamanı ərazilərimizin işğalı, qaçqın və məcburi köçkünlər, xalqımıza qarşı törədilmiş soyqırımlar və digər problemlərimiz haqqında dünya ictimaiyyətinə daha dolğun məlumatlar çatdırmaq imkanı yaranacaqdır.

Lakin bu möhtəşəm idman bayramı yaxınlaşdıqca, Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir.

Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhd göstərirlər. BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin iyunun 3-də “Open Democracy” portalında yayılmış birgə məqaləsi də anti-Azərbaycan şəbəkəsinin növbəti təxribatı olub həmin məqsədə xidmət edir. Görünür, Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, Azərbaycan hökumətini və yarışların Təşkilat Komitəsini ruhdan salmaq, tədbiri boykot etmək kimi çirkin niyyətlərinə nail ola bilməyən anti-Azərbaycan şəbəkəsi bu dəfə özünün “ağır artilleriyası”nı işə salmaq həvəsinə düşərək həmin “üçlüyü” irəli vermişdir.

Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq “üçlük” guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa” çağırmışdır.

Bakı – 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq-müdafiə məmurlarının bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur.

Yaxşı olardı ki, onlar adından fəaliyyət göstərdikləri BMTATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətinin güclənməsi və məqsədlərinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının oynadığı sanballı rolu nəzərə alaraq, şərin və böhtanın deyil, haqqın və ədalətin yanında yer alsınlar.

Bakı – 2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan demokratiya və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir. Ölkəmiz vətəndaş cəmiyyətinin inkişafı, söz və mətbuat azadlığının səviyyəsinə görə keçmiş sovet respublikaları içərisində qabaqcıl mövqedə durur və bir çox ölkələrə nümunə ola bilər.

Bəyanata aşağıdakı qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri qoşulmuşlar:

1. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

2. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi

3. Demokratik Jurnalistlər Liqası

4. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi

5. Milli QHT Forumu

6. Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi

7. Vətən Müharibəsi Veteranları İctimai Birliyi

8. “Konstitusiya Araşdırmaları” Fondu

9. “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyi

10. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı İctimai Birliyi

11. “İrəli” İctimai Birliyi

12. Jurnalistlərin Həmkarlar İttifaqı

13. “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi

14. “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi

15. “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyi

16. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İctimai Birliyi

17. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi

18. “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi

19. “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi

20. “Dünya Gənc Türk Yazarlar “ İctimai Birliyi

21. “Gənc Sahibkarlar Klubu” İctimai Birliyi

22. “Əlil Təşkilatları İttifaqı” İctimai Birliyi

23. “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi

24. “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi

25. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi

26. “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyi

27. “Gənc Vətənpərvərlər” İctimai Birliyi

28. “Gənc Muhasiblər” İctimai Birliyi

29. “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyi

30. “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyi

31. “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “İctimai Birliyi

32. “Hüquqi və Demokratik İslahatlar Mərkəzi” İctimai Birliyi

33. “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi

34. “Müharibə Veteranları və Beynəlmiləlçi Hərbiçilər” İctimai Birliyi

35. Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi

36. “Aqro Tərəqqi “ İctimai Birliyi

37. “Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi

38. “Azərbaycan Maarifçi Gənclər Təşkilatı”

39. “İctimai Problemlərin Tədqiqi Asossiasiyası”

40. “Azərbaycan Gənclər İttifaqı”

41. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

42. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi

43. “ Demokratik Seçki Mərkəzi”

44. “ Demokratik Azərbaycan Naminə” İctimai Birliyi

45. Gənclər Təşkilatları Milli Şurası

46. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası

47. Siyasi İnnovasiya və Texnologiya Mərkəzi

48. AVCİYA

49. “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu

50. “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi

51. Beynəlxalq Avrasiya Fondu

52. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi

53. “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi

54. Azərbaycan-Slavyan Gənclər Assosiasiyası

55. “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi

56. “Kaspi” qəzeti

57. “Azadinform” İnformasiya Agentliyi

58. “Səs” qəzeti

59. “Yeni Azərbaycan” qəzeti

60. “İki sahil” qəzeti

61. “modern.az” saytı

62. “Gündəlik teleqraf” qəzeti

63. “APA” İnformasiya Agentliyi

64. “virtualaz.org” saytı

65. “azvision.az” saytı

66. “aznews.az” saytı

67. “Xalq cəbhəsi” qəzeti

68. “Olaylar” qəzeti

69. “Bakı-xəbər” qəzeti

70. “Şərq” qəzeti

71. “525-ci” qəzet

72. “Bizim yol” qəzeti

73. Palitra qəzeti

74. “Mövqe” qəzeti

75. “qafqazinfo.az” saytı

76. “1news.az” saytı

77. “veteninfo.az” saytı

https://azvision.az/news/62712/azerbaycanda-77-teskilat-beyanat-yaydi.html