Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb

Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyaları keçirilir
Azərbaycan-Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri sentyabrın 2-dən etibarən birgə təlim-məşqlərə başlayıb.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.
İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

Müdafiə Nazirliyi