ABŞ-da baş verən qasırğa nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb

Qlobal Bakı Forumu dünyada mühüm beynəlxalq platformaya çevrilib
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
Rusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub

ABŞ-da tüğyan edən “İda” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib. Bu ştatlarda onlarla insan ölüb. Həmçinin Pensilvaniyada bir neçə nəfər qasırğanın qurbanı olub.

Xatırladaq ki, qasırğa ilə əlaqədar çərşənbə günü ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa leysan yağışlara, daşqınlara səbəb olub.

Bundan əvvəl qasırğanın yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 29 nəfər olduğu bildirilirdi.

Report