Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir

Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Azərbaycanda 5 000-dən çox taksi sürücüsü daşımalardan kənarlaşdırılıb

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Bu barədə “Report”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin başçılıq etdiyi Aİ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

“Nümayəndə heyəti Bakıya dünən gəlib. Tərəflər artıq ikinci gündür işləyirlər”, – D.Daniilidis deyib.

Bakıda keçirilən görüşlər zamanı ticarət məsələləri müzakirə olunur.