Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar
Avrokomissar Günter Ottinger Azərbaycana gəlir
Vətən müharibəsinin xronikası: 20 oktyabr

Bakıda “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi”, “Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” və digər mövzular müzakirə olunacaq.

Forumun keçirilməsində məqsəd iki ölkə arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, informasiya mühitində etibarlılığın artırılması və təhlükəsizlik çağırışlarının düzgün qiymətləndirilməsidir.

AZƏRTAC