Avrokomissar Günter Ottinger Azərbaycana gəlir

Şuşada ilk dəfə Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirilib
Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb

Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, avrokomissar fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak edəcək. İclasa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, eləcə də ABŞ, layihə üzvü 7 ölkə, Balkan ölkələrinin yüksək səviyyəli hökumət nümayəndələri, iştirakçı şirkətlər və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxsləri qatılacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də təşkil olunub.