Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçiriləcək

İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibə verib
AVCİYA erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması ilə bağlı yeni layihəyə start verib
Dövlət Əməyin Mühafizəsi Fondunun fəaliyyət istiqamətləri açıqlanıb

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmilərinin, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Forumda üç mövzu üzrə panel sessiyalar keçiriləcək: “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”; “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?”; “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”.

AZƏRTAC