Oktyabrın 26-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin dinə qayğısından, milli mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb.
Konfransda Milli Məclisin deputatları, din xadimləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edirlər.