Bakıda təhsil işçilərinin respublika konfransı başlayıb

Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçiriləcək
Bayrağımız – qürur mənbəyimiz
Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb

Bakıda təhsil işçilərinin respublika konfransı başlayıb. 

“Report” xəbər verir ki, “Bilgəh Beach” oteldə keçirilən tədbirdə Təhsil naziri Ceyhun Bayramov, deputatlar, ali məktəblərin rektorları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Respublika konfransının iştirakçıları tədbirdən əvvəl Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Report.az