Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib

Ekologiya və təbii sərvətlər naziri AmCham üzvlərini Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarında ətraf mühitin vəziyyəti və görüləcək işlərlə tanış edib
İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə etdi.