Bakıda “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib

Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Azərbaycanda ÜDM 1,3 faiz artıb
Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubu tərəfindən “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib.

AZƏRTAC xəbər verir ki, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.