Azərbaycanın Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olub
Azərbaycanda övladlığagötürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək
Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini sonuncu oxunuşda qəbul edib

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Bakı. Trend: