Bakıda Zəfər gününə həsr edilən aksiyada 300 ağac əkilib

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbir keçirilir
Cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib.

İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300 ədəd yeni ağac əkilib.

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib. Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Report