Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir

Prezident İlham Əliyev keçid və yol qovşağının açılışında iştirak edib
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
XİN Lion məhkəməsinin Azərbaycanın işğal olunmuş rayonları ilə imzaladığı “saziş”lərin ləğvini alqışlayır

2025-ci ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. Bu, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,1 milyard manat vəsait ayrılıb.

Ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir. Mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC