Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb

2026-cı ilin ilk 8 ayında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub
Milli Azərbaycan Tarixi Muzeyi 100 illik yubileyinə hazırlaşır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən müəssisələrlə görüş keçirilib

Dekabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb.

TDT-yə üzv ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu məmnunluqla qeyd olunub.

Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib.

Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

AZƏRTAC