1 Oktyabr- Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günüdür.
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə bu gün 1 Oktyabr- Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı və Vətən müharibəsinin ildönümü münasibətilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin üzvləri, Vətən müharibəsində iştirak edən prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olan prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Baş prokuror ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə ölkədə həyata keçirilən uğurlu fəaliyyətin müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilməsi və doğma torpaqlarımızın 44 gün ərzində yenilməz Azərbaycan Ordusu tərəfindən azad olunmasından danışıb, qısa müddətdə həmin bölgələrdə infrastrukturun bərpa olunduğunu, quruculuq işlərinin sürətlə davam etdirildiyini, I və II Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və veteranlara xüsusi dövlət qayğısının göstərildiyini, həmçinin Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqlarının yaradıldığını tədbir iştirakçılarının nəzərlərinə çatdırıb.
Bundan sonra Vətən müharibəsi iştirakçıları olan prokurorluq əməkdaşlarına Fəxri fərman və medallar təqdim edilib.
Tədbir iştirakçıları ölkə rəhbərliyinin şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğısına görə dərin minnətdarlıqlarını bildiriblər.
Görüşün yekununda xatirə fotoşəkli çəkilib.
Report