HƏSƏNOV Eldar İsfəndiyar oğlu

ÇİRİNQOV Ramazan Heybullah oğlu
RAMAZANOV Şamil Ağasəf oğlu
YUSİFOV Roman Yasəf oğlu

(26.12.1965, Cəlilabad r-nunun Lallar k. – 12.5.1994, Füzuli r.) – Azərbaycanın Milli Qəhrəmanı (15.1.1995, ölümündən sonra).

26 dekabr 1965-ci ildə Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdur,1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. 1986-cı ildə hərbi xidmətini başa vurub doğma kəndinə qayıtmışdır. Sürücü işləyirdi.
1988-ci il… Erməni faşizminin törətdiyi cinayətlər günbəgün artırdı. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır. O, Azərbaycanm hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Onun cəbhədə göstərdiyi hünər düşməni lərzəyə salmışdı. Laçın döyüşlərində o, öz məharəti ilə dəstəni mühasirədən itkisiz çıxarmışdı. Eldar Həsənov qurduğu planı qabaqcadan kimsəyə deməyi xoşlamırdı. Bəzən kəşfıyyata tək gedır, iki-üç əsirlə geri dönürdü. O, Azərbaycan torpaqlarıını azad görmək istəyirdi. Elə buna görə də qətiyyən qorxu nə olduğunu bilmirdi. Düşmənə sarsıdıcı zərbələr vuran E.Həsənovun başına ermənilər 50 min ABŞ dolları məbləğində mükafat qoymuşdular.
1991-ci ildə Polis Akadcmiyasına daxil olmuşdu.
1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli bölgəsində ermənilərə qan udduran polis starşinası düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv etmişdi. Göstərdiyi qəhrəmanlıq dildən-dilə gəzirdi. Ermənilər onu daim izləyir, məqam düşəndə öldürməyə cəhd edirdilər. 1994-cü ilin may ayının 12-i… Horadiz qəsəbəsi uğrunda ağır döyüşlər gedirdi. Eldar özünə xas olan mərdliklə yenə də ön cərgədə vuruşurdu. Qəfil partlayan erməni mərmisi cəsur döyüşçü – polis starşinası Eldar Həsənovun qəlbini əbədi olaraq susdurdu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
Cəlilabad Rayon Polis Şöbəsinin həyətində büstü qoyulmuşdur.
 
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 110